Gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün elektrik enerji sistemlərinin layihələndirilməsi və iş prosesi zamanı yalnız keyfiyyətli və sertifikatlaşdırılmış avadanlıqlardan və naqillərdən istifadə etmək əsas şərtdir. Elektrik enerjisi təchizatı istehlakçının yüksək keyfiyyətli elektrik enerjisi ilə günün 24 saatı tələb olunan həcmdə təchiz  edilməsini nəzərdə tutur. Elektrik enerjisi təchizatı sisteminin layihələşdirilməsi təmir işlərindən öncə həyata keçirilməlidir.

Elektrik enerjisi təchizatına alt stansiyaları artıran və ya azaldan qidalanma mənbələri, paylayıcı elektrik şəbəkələri qidalandıran transformatorlar, müxtəlif köməkçi qurğular və tikililər daxildir.

Şirkətimiz tərəfindən daimi və dəyişən cərəyanlı elektrik ötürücü kabel xəttlərinin montajı, daxili və xarici (hava və kabel) işıqlandırma şəbəkələrinin montajı, bütün növ torpaqlama dövrələrinə məxsus torpaqlanmış qurğuların montajını həyata keçirir.

Şirkətimizin mühəndisləri (mütəxəssisləri) bütün növ binalarda elektrik enerjisinin effektiv istifadəsi üçün peşəkar xidmətlər göstərir.