Qazanxana — suyu qızdıraraq doymuş buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirmək və bununla da mənzil və digər obyektləri qızdırmaq üçün nəzərdə tutulmuş qurğular sistemidir.

Qazanxanalarda kimyəvi enerji istilik enerjisinə çevrilir. Bu zaman həmin enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür. Borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır.

Böyük ve geniş tikililərdə müstəqil qazanxana quraşdırmaq daha məqsədəuyğundur. Qazanxana isitmə sistemlərinin beyni vəzifəsini daşıyır. Qazan və digər avadanlıqları özündə saxlayır. Buna görə də, qazanxana binanın ehtiyacına cavab verəcək şəkildə olmalıdır. Bir binada qazanxananın əlverişli olması üçün aşağıdakı xüsusiyyətləri olmalıdır:

1. Aydın olmalıdır.
2. Kifayət qədər havalandırması olmalıdır.
3. Bacaya yaxın olmalıdır.
4. Uyğun şərtlərdə kifayət qədər yanacaq saxlaya bilməlidir.
5. Qazan və digər avadanlıqlar üçün kifayət qədər yer olmalıdır.
6. Bina içi və çölündən asan daxil oluna bilməlidir.

ISTEC şirkəti qazanxana sistemlərinin quraşdırılması üzrə uzun illərdir fəaliyyət göstərir və geniş təcrübəyə malikdir.