Tüstüsovurma

Yanğın zamanı tüstü istidən daha çox və sürətlə yayılır. Bu səbəbdən də ölüm halları əsasən tüstü zəhərlənməsi nəticəsində baş verir. Bunun qarşısını almaq üçün binalarda normativ tələblərə cavab verən tüstüsovurma sistemləri qurulur. Sistem tüstünü sovuraraq həm insanların zəhərlənməsinin, həm də təxliyyə zamanı insanların təxliyyə yolunun vizual görüntüsünün bağlanmasının qarşısını alır. Bunun üçün biz böyük kubajlı ilbizvari havasovuran motorlardan, yanğın klapanlarından və tüstüdən mühafizə pərdələrindən istifadə edirik.

Yanğın təhlükəsizliyinə nəzarət və Yanğından mühafizə sistemləri

Yanğından mühafizə sistemlərinin layihəsini hazırlayarkən mütəxəssilərimiz obyektin ölçülərini, təyinatını, tikinti zamanı istifadə olunan materialları, mümkün təxliyyə çıxışlarını və ən əsas normativ qaydaları nəzərə alırlar. Bu sistemlərin əsas tərkib hissələrindən biri yanğından mühafizə siqnalizasiyası sistemidir. Obyektin təyinatından, ölçülərindən və planından asılı olaraq hesabat aparılmalı, normativ qaydalara uyğun şəkildə layihə hazırlanmalı və layihəyə uyğun say və sxemdə yanğın xəbərdarediciləri quraşdırılmalıdır. İstifadə etdiyimiz xəbərdaredicilər əsasən Rusiya və Türkiyə istehsalı olmaqla yüksək keyfiyyətə, dayanıqlılığa və xüsusi sensor (həssaslıq) xassələrinə malikdirlər. Bu sistemlər qurularkən normativ qaydalar çərçivəsində müştərinin istəkləri, maliyyə imkanı və obyektin daxili görünüşünün esetetik xüsusiyyətləri nəzərə alınır.

Bura həmçinin hidrant sisteminin, yanğın dolablarının, yanğınsöndürmə balonlarının, şlanqların quraşdırılması və illik servisin təmin olunması və balonların illik dolumu da daxildir.

İşlərimiz