project-image
project-image
project-image
project-image
project-image
project-image
project-image
project-image

Təbii havalandırma – Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır: Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranmasınəticəsində yaranan havalandırma. Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırmadır.

Mexaniki havalandırma – Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.

Vurma havalandırma sistemi – Qışda qıza bilməsi yayda isə soyuya bilməsi mümkün olacaq qədər havanın içəri vurulmasını təmin edən havalandırma sistemidir. Bu havalandırma sistemi təmiz havanı içəri vurmaqla yanaşı vurulan havanın təyziqi hesabına içəridə olan işlənmiş hava xaric edir.

Sorma havalandırma sistemi – Sorma havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, havanın tərkibində olan zərərli qarışımları,pis qoxunu eləcə də dəm qazını sovuraraq kənar edilməsidir. Bu havalandırma adətən damda yerləşdirilir. Bu havalandırma sistemini küləkdən qorumaq üçün adətən qoruyucu təbəqə inşa edilir.

Təhlükəsizlik və Tüstüsovurma – Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur.

Mərkəzi kondisionerlər – bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq hava çillerdən, freon daxili kompressor-kondensator blokundan, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur. Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər (damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır. Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirir və əlbəttə ki havalandırmanı təmin edir.

Mərkəzi kondisionerlərin əsas xüsusiyyətləri və üstünlükləri:

Bir neçə sistemlə lazım olan temperaturlu təzə havanın vurulması və paylanmasını aparılarkən digər sistemlərdə rütubətliliyi təmin etmək olur. Mərkəzi kondisioner sisteminin imkanları split-sistemlərin və digər tip kondisionerlərin istismar muüddətini artırır. Yalnız bir aqreqatdan istifadə olunur və bu binanın daxili fasadının ümümi görünüşünə xərər yetirmir.

Mənzillərin havalandırılması;
Hazırda havalandırma mənzillərdə komfortlu və təmiz havanın təşkilinin ayrılmaz hissəsidir. Müasir Tikinti texnologiyaları və plastik pəncərələr içəriyə təmiz havanın daxil olmasına imkansız edir. Ekoloji vəziyyət və bayırda olan səs-küy bu açıq pəncərə ilə havalandırmanın əlverişsiz olduğunu göstərir. Kandisionerlərin mənzilləri havalandırması ilə bağlı fikirlər isə tamamilə yalnışdır. Kondisionerlər otaq temperaturunu tənzimləyir, otağın havasının dəyişməsi havalandırma sisteminin işidir. Havalandırma sistemi olmadan yalnız kondisionerlərdən istifadə yalnız “bürkülü sərinlik” yaradır. Baxmayaraq ki nəfəs almaq asanlaşır havada yenə də oksigen çatişmazlığı olur və bu halsızlıq yaradır həmçinin ümumilikdə sağlamlığa mənfi təsir edə bilir. Buna görə də otaqda həm kondisionerin həm də havalandırma sisteminin olması daha məqsədəuyğundur. Havalandırma sistemi otağı daha təzə, təmiz və oksigenlə bol olan hava ilə təmin edir, kondisioner isə onu soyudaraq daha komfortlu mühit yaradır. Mənzillər üçün daha əlverişli havalandırma Vurma havalndırma sistemidir. Vurma havalandırma sistemi daxil olan havadan nəinki tozu, eləcə də hava ilə birlikdə gələ biləcək pis qoxu və zərərləri qazları təmizləyir. Təmizləndikdən və lazım gələrsə qızdırıldıqdan sonra hava otağa vurulur, işlənmiş hava isə vurulan havanın içəridə yaratdığı təyziq hesabina mətbəxdə olan təbii havalandırma sistemləri və sanitar havalandırma sistemləri vasitəsi ilə kənar edilir.

Ofislərin havalandırılması;
Müxtəlif inzibati binaların ofislərində fərqli normativlərə malik iş mühitləri mövcuddur. Ayriliqda hət bir ofis işçisinə 50 kubmetr/saat təmiz hava lazımdır. İşçi heyyətinin sağlamlığı, əhval-ruhiyyəsi, əmək qabiliyyətliliyi ofis yerlərinin havandırmasından da asılıdır. Nəzərə alsaq ki, ədətən, ofis binaları icarə olur və əksər hallarda havalndırma sistemi mövcud olmur, buraya yüksək güclü havalandırma sistemlərinin çəkilməsi məqsədəuyğun deyil. Buraya sökülməsi və yığılması rahat olan tək otaqlar üçün kompakt havalandırma sistemi quraşdırmaq daha məqsədəuyğundur.Ofis yerinin dəyişməsi zamanı bu havalandırma sistemini ir qisa bir müddətdə söküb, yeni ofisə quraşdırmaq mümkündür.Həmçinin nəzərə alsaq ki, ofislərin əksər hissəsi şəhərlərdə yerləşir, buraya daxil olan havanın yalnız tozdan deyil ələcə də zərərli qazlardan təmizləmə funksiyası olan havalandırma sistemi tələb olunur.

Havalandırma sistemləri bütün inzibati və yaşayış binalarında quraşdırılan ən mühüm ünsürlərdən biridir. Havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına cavab verməlidir.

Havalandırma sistemlərinin mühüm əhəmiyyəti olmasının səbəbi onunla izah edilir ki, bu sistemlərin yoxluğu nəticəsində qapalı yerlərdə karbon qazının və digər zərərli qazların artması müşahidə olunur. Bu isə insanların özünü pis hiss etməsinə, baş ağrılarına, yorğunluğa, əmək məhsuldarlığının azalmasına və digər neqativ hallara səbəb olur. Sadalanan bu halların qarşısını almaq üçün isə havalandırma sistemlərinin tətbiq olunması zəruridir.

(+994 50) 228-16-06

(+994 12) 310-83-88

info@istekgroup.az