project-image
project-image
project-image

  • Binanın və ya fərdi evlərin kürəbənd borularının çəkilməsi və su təchizatının quraşdırılması
  • Planlı texniki qulluq, nasazlıqların aradan qaldırılması, lazım gələrsə avadanlığın dəyişdirilməsi.
  • Qəza və planlı təmir işləri.
  • 24/7 prinsipi ilə qəza çağırışlarına reaksiya.
  • Su nasoslarının quraşdırılması
  • Su təchizatı sistemlərini, kürəbənd xəttlərini və yağış sularının axıdılması üçün sistemlərin quraşdırılması
  • Suyun tərkibinin keyfiyyətinin analizi
  • Ümumilikdə sistemin iş qabiliyyətinin yoxlanması və qiymətləndirilməsi

Hər bir tikinti sahəsində binanın (və ya fərdi evlərin) mexanika hissəsinə aid olan işlərə ilk olaraq kürəbənd borularının çəkilməsi və su təchizatının quraşdırılması ilə başlanılır. Binalarda (fərdi evlərdə) kürəbənd boruları müəyyən olunmuş şaxtaların içi ilə çəkilir. Gələcəkdə hər hansı sızma və yaxud digər oxşar problemlərin olmaması üçün seçilən material və görülən işin keyfiyyəti çox vacibdir.

Yaşayış binalarının (fərdi evlərin) və digər iaşə obyektlərinin içməli su təchizatı normaya uyğun olaraq hesablanır. Nоrmativ sənədlərə görə, içməli su epidemiоlоji və radiasiya cəhətdən təhlükəsiz, kimyəvi tərkibinə görə zərərsiz, keyfiyyətinə görə isə qənaətbəxş оlmalıdır.

Hər bir nöqtəyə suyun bərabər təzyiqdə çatması üçün su nasosları quraşdırılır. Əksər yaşayış binalarının (fərdi evlərin) su xəttləri şaxtaların içi ilə çəkilir. Müəyyən hissələri isə döşəmə və ya divarda suvağın altında qalır. Buna görə də düzgün borulama və işlərin peşəkarlar tərəfindən görülməsi əsas şərtdir.

Kanalizasiya sistemləri əhatə etdiyi ərazi üçün vacib elementlərdəndir. Bu sistem tullantı sularının axıdılması üçün yeraltı qurğudur. Kanalizasiya sularının axınının gücləndirilməsi və boruların təmiz qalması üçün borular maili vəziyyətdə, müəyyən bucaq altında quraşdırılır.

Şirkətimizin peşəkar mütəxəssisləri gələcəkdə problem yaratmaması üçün hər bir layihəmizdə su təchizatı sistemlərini, kürəbənd xəttlərini və yağış sularının axıdılması üçün sistemlərin növünə uyğun quraşdırılma proseslərini dəqiqliklə yerinə yetirir. Bu bizim üçün ən vacib nüanslardan biridir.

(+994 50) 228-16-06

(+994 12) 310-83-88

info@istekgroup.az