İSTEC mühəndİslİk


Şirkətimiz tikinti-təmir işlərində, su-kanalizasiya, elektrik, havalandırma, tüstüsovurma, soyutma və isitmə, qazanxana, yanğına nəzarət və yanğından mühafizə, hidrant, zəif axın (kamera, turniket və s.) sistemlərinin qurulmasında ixtisaslaşmışdır.Təcrübəli mütəxəssisləri cəlb etməklə yaratdığımız işçi qrupları qeyd etdiyimiz işlər üzrə müştərinin arzu etdiyi sahələrdə – sənaye və iaşə sahələrində, xüsusi təyinatlı obyektlərdə, ev və villalarda, bina qarajlarında müştərinin istəkləri və normativ qaydalara uyğun olaraq görüləcək işin layihəsini qurur və keyfiyyətlə icra edirlər. İSTEC mühəndislik şirkəti qeyd olunan xidmətlər üzrə ASAN Xidmət, Fövqəladə Hallar və İqtisadiyyat nazirlikərinin müvafiq lisenziyalarına malikdir.

XÜSUSİ LİSENZİYALARA SAHİBDİR

CE SERTİFİKATLI MƏHSULLAR

GÖRÜLƏN İŞƏ ZƏMANƏT

TƏCRÜBƏLİ MÜTƏXƏSSİSLƏR

XİDMƏTLƏR


Havalandırma sistemləri hava mübadiləsini təmin edir ki, bunun nəticəsində də otaqdan istifadə olunmuş hava çıxır və təmiz havanın verilməsi təmin edilir. Komfortlu şəraitin əldə olunması üçün, pəncərə açmaqla otağın havasının dəyişdirilməsi kifayət deyil. Zəruri şərt təmiz havanın verilməsidir. Havalandırma və havalandırma sistemlərinin ahəngi maksimal nəticənin əldə olunmasına şərait yaradır. Havalandırma sistemlərinin qurulmasında istifadə etdiyimiz avadanlıqları və aksesuarları dünyanın ən keyfiyyətli və qabaqcıl istehsalçılarından əldə edirik. Mühəndislərimiz tərəfindən istənilən növ ictimai obyektin ölçüləri götürülür və beynəlxalq normalara uyğun, maksimum qənaət edilərək layihələndirilir və icra olunur.

Yanğın zamanı tüstü istidən daha çox və sürətlə yayılır. Bu səbəbdən də ölüm halları əsasən tüstü zəhərlənməsi nəticəsində baş verir. Bunun qarşısını almaq üçün binalarda normativ tələblərə cavab verən tüstüsovurma sistemləri qurulur. Sistem tüstünü sovuraraq həm insanların zəhərlənməsinin, həm də təxliyyə zamanı insanların təxliyyə yolunun vizual görüntüsünün bağlanmasının qarşısını alır. Bunun üçün biz böyük kubajlı ilbizvari havasovuran motorlardan, yanğın klapanlarından və tüstüdən mühafizə pərdələrindən istifadə edirik. Yanğından mühafizə sistemlərinin layihəsini hazırlayarkən mütəxəssilərimiz obyektin ölçülərini, təyinatını, tikinti zamanı istifadə olunan materialları, mümkün təxliyyə çıxışlarını və ən əsas normativ qaydaları nəzərə alırlar.

Qazanxana — suyu qızdıraraq doymuş buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirmək və bununla da mənzil və digər obyektləri qızdırmaq üçün nəzərdə tutulmuş qurğular sistemidir. Qazanxanalarda kimyəvi enerji istilik enerjisinə çevrilir. Bu zaman həmin enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür. Borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır.

Hər bir tikinti sahəsində binanın (və ya fərdi evlərin) mexanika hissəsinə aid olan işlərə ilk olaraq kürəbənd borularının çəkilməsi və su təchizatının quraşdırılması ilə başlanılır. Binalarda (fərdi evlərdə) kürəbənd boruları müəyyən olunmuş şaxtaların içi ilə çəkilir. Gələcəkdə hər hansı sızma və yaxud digər oxşar problemlərin olmaması üçün seçilən material və görülən işin keyfiyyəti çox vacibdir. Hər bir nöqtəyə suyun bərabər təzyiqdə çatması üçün su nasosları quraşdırılır. Əksər yaşayış binalarının (fərdi evlərin) su xəttləri şaxtaların içi ilə çəkilir. Müəyyən hissələri isə döşəmə və ya divarda suvağın altında qalır. Buna görə də düzgün borulama və işlərin peşəkarlar tərəfindən görülməsi əsas şərtdir.

Gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün elektrik enerji sistemlərinin layihələndirilməsi və iş prosesi zamanı yalnız keyfiyyətli və sertifikatlaşdırılmış avadanlıqlardan və naqillərdən istifadə etmək əsas şərtdir. Elektrik enerjisi təchizatı istehlakçının yüksək keyfiyyətli elektrik enerjisi ilə günün 24 saatı tələb olunan həcmdə təchiz edilməsini nəzərdə tutur.

Soyutma sistemlərinin layihələndiriliməsi, quraşdırılması və servisi şirkətimiz tərəfindən həyata keçirilir.İstec Mühəndislik müştərilərin seçimindən, həmçinin soyutma sistemi qurulacaq binanın təyinatından asılı olaraq soyutma sistemlərinin avadanlıqlarının satışını və quraşdırılması işlərini həyata keçirir.

TƏRƏFDAŞLAR