project-image
project-image
project-image
project-image

Su qızdırıcı qazanlar
Adından da göründüyü kimi isitilikdaşıyıcı kimi sudan isitifadə olunan qazanlardır. Bu isitmə sistemində qazanlar çox böyük istilik tutumuna malik olur.Su qızdırıcı qazanlar mənzillərdə,fərdi evlərdə,sənaye obyektlərində,ofislərdə,isitixanalarda,anbarlarda və idman komplekslərində istifadə oluna bilər.

Su qızdırıcı qazanlar öz növbəsində istlilik təhcizatlarının buxar sistemlərində, eləcə də buxar tekstil məhsullarının, yeyinti məhsullarının, tibbi dərmanların istehsalında istifadə olunur. Bununla da buxar qazanlarından bütün istehsal və bəzi qeyri istehsal səhələrində (tibb, kosmetologiya) istifadə olunur. Buxar qazanları ən etibarlı və sərfəli qazan növüdür. Bərk yanacaqlı qazanlar istismarda rahat və təhlükəsizdir. Sənaye və yaşayış binaları üçün nəzərdə tutulmuşdur. Digər qazan növlərindən əsas fərqi yanacaq kimi koks, daş kömür, odun, eləcə də qonur kömürdən isitifadə olunmasıdır. Bundan başqa istehsalçılar bu yanacaq növlərindən biri ilə yox hamısı ilə işləyən qazanlar istehsal edirlər.

Qaz yanacaqlı qazanlar
Qaz yanacaqlı qazanların 2 növündən – divar tip və döşəmə tip qazanlardan isitifadə olunur. Qaz yanacaqlı divar tip qazanlar kompakt və komfortlu qazan növü hesab edilir. Bu qızdırıcı qazanlar mənzilləri və kiçik ölçülü fərdi evləri qızdırmaqla yanaşı həm də isti su ilə təmin edir. Divar tip qazanlar nasos və ya nasosların hesabına işləyir. O özünü real mini-qazanxana kimi göstərir. Divar tip qazanların hissələrinə regenerator (istilik bərpa edən), odluq, nəzarət aparatı, manometr, genişlənmə çəni, termometr, həmçinin yuxarıda qeyd etdiyimiz kimi sirkulyasiya (mübadilə) nasosu aiddir. Divar tip qazanlarda onun və hissələrinin effektiv və keyfiyyətli işləməsini təmin edən xüsusi sistem vardır.

Qaz yanacaqlı döşəmə tip qazanlar öz praktikliyi, sisteminin görünməzliyi və təbii sirkulyasiyasına görə bir çox ölkələrdə geniş istifadə olur. Müasir model döşəmə tipli qazanlarda qaz verimində və ya bacada problem ortaya çıxdığı zaman qəza rejiminə keçərək avtomatik qazanı söndürən sadə və etibarlı avtomatika sistemi quraşdırılmışdır.

Maye yanacaqlı qazanlar
Maye yanacaqlı qazanlar daha çox qaz xəttindən uzaqda yerləşən böyük obyektlərdə istifadə olunur.Maye yanacaqlı qazanların işləmə prinsipi qaz yanacaqlılar kimidir. Elektrik və ya dizel yanacaqla işləyən modellər arasında seçim edilən zaman dizel yanacaqlı modellərin daha ekonomik olduğunu görərik. Hər bir maye yanacaqlı qazan açıq yanma kamerası ilə təhciz edilmişdir.

Çuqun radiatorlar
Çuqun radiatorlar ən çox tanınan radiatorlardi. Bu radiatorlar SSR dövründən kütləvi tikililərdə isitifadə olunan əsas avadanlıqlardan idi və indiki dövrə qədər bir çox “xruşşovka” və digər mənzillərdə və fərdi evlərdə istifadə olunur. Bu da onların dözümlülüyündən xəbər verir.

Aluminium radiatorlar
Aluminium radiatorlar fərdi isitmə sistemləri üçün ən geniş isitifadə olunan radoiatorlardır. Aşağıdakı üstünlüklərə sahibdir;

  • Kifayət qədər ucuz
  • Yüksək istilik ötürücülyü ( tez qızması və istilik ayrılması)
  • Standart quraşdırma şərtləri

Panel radiatorlar
Panel radiatorlar poladdan hazırlanır. Panel radiatorların çeşid və konfiqurasiya müxəlifliyi istənilən tip otaqlara uyğun modelin seçilməsinə imkan yaradır. Bu radiatorlar digərlərindən istiliyin avdanlıqda bərabər paylanması xüsusiyyətinə görə fərqlənir ki,bu da istiliyin ötürülməsini yaxşılaşdırır. Panel radiatorların isitilik ötürücülüyü aluminiuma nisbətdə yüksəkdir.

Odluqlar lazım olan miqdarda isitliyin ayrılması üçün yanacağın yandırmasını təmin edən avadanlıqlardır. Odluqlar yüksək effektivlik dərəcəsində işləyir və ətraf mühitə zərərli maddələrin atılmasını minimum həddə endirir. Odluq avtomatik idarəetmə və təhlükəsizlik nəzarətinə malik avadanlıqlardır. Avadanlıq bərpaolunmaz nasazlıq yarandığı halda avtomatik olaraq sönür. İstifadə olunan yanacağın növünə görə odluqlar 3 növə ayrılır: qazla işləyən, maye (dizel) ilə işləyən, multiyanacaqlı (qaz-dizel).

Qazla işləyən odluqlar
Qazla işləyən odluqlar qaz tipli yanacağın ekonomik və effektiv yandıraraq lazım olan isitilik ayrılmasını təmin edir. Bu tip odluqlar 16-246 kvt gücündə olurlar. Demək olar ki bütün qazla işləyən odluqlar avtomatika sistemi ilə təhciz olunub ki, bu da onların yüksək təhlükəsizlik rejimində işləməsini təmin edir. Bu avadanlıqlar gücünə görə birpilləli və ikipilləli olurlar. Birpilləli odluqlar daha çox fərdi evlərin qazanxalarında isitifadə olunurlar. Orta və yüksək güclü odluqlar birpilləli, ikipilləli və modul tipli olurlar. İkipilləli olduqlar yanmanın iki rejimində işləyirlər; “az” və “çox”. Modulyasiya rejimində işləyən zaman gücün axıcı rejimi təmin olunur və bu zaman yanacağa qənaət olur və avadanlığın işə qoşulması zamanı səs azalır. Avadanlığın gücünün tənzimlənməsi avtomatik olaraq həyata keçirilir. Bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.

Dizel yanacaqlı odluqlar
Dizel yanacaqlı odluqlar dizel yanacağının effektiv və ekoloji təhlükəsiz yandırılması ilə istilik ayrılmasını təmin edir. Qaz xətlərinin olmaması halında alternativ olaraq dizel yanacağından istifadə olunur. Bütün dizel odluqları avadanlığın təhlükəsiz işləməsi üçün avtomatika sistemi ilə təchiz edilmişlər. Bu avadanlıqlar yanacağın qızdırılma rejimi olan və olmayan növlərə ayrılır.Qızdırma rejimi olmayan odluqlar sadə konstruksiyası və ucuzluluğu ilə fərqlənirlər. Qızıdırma rejimi olan odluqlar effektiv işləməsi və yanacağın ən yaxşı şəkildə yandırılmasına görə xarakterizə olunurlar. Dizel yanacaqlı odluqlar birpilləli, ikipilləli və üçpilləli olur və gücün axıcı nəzarətinə malikdirlər.Çoxpilləliyin köməyi ilə yanacağın rasional istifadəsinə, effektiv yanmaya, ani alovlanmaya, avadanlığın uzunömürlülüyünə nail olunur. Onlar gücünə görə zəif,orta,yüksək güclü olaraq bölünürlər. Bir qayda olaraq bu avadanlıqlar 220 V –da işləyir. Elektrik enerjisinin tezliyi 50 ghz olmalıdır.

Multiyanacaqlı odluqlar(qaz-dizel yanacaqlı)
Multiyanacaqlı odluqlar(qaz-dizel yanacaqlı) özünü əsas göstəricilərinə görə digər tip odluqlara bənzəyir və onlardan isitmə və texnoloji avadanlıqların qüsursuz fəaliyyətini təmin edərək, bir yancaq növündən digərinə keçə bilməsi ilə fərqlənirlər.

Kombi unikal isitmə sistemidir.Onun köməyi ilə istənilən otağı ən soyuq vaxtda belə asanlıqla qızdırmaq mümkündür. Bunun üçün sistemin bütün elementlərini düzgün şəkildə quraşdırmaq lazımdır. İş qızdırıcı elementləri olan avadanlığı almaq və quraşdırmaqla bitmir. Öncədən evin hər bir otağından keçərək qapalı dairə sistemi yaradan su sistemi çəkmək lazımdır. Nəzərə almaq lazımdır ki, Kombi daha çox mənzillər və birmərtəbəli evlər üçün uyğundur. Çünki, bu avadanlıq suyu boru ilə 2-ci mərtəbəyə qaldırmaq gücündə deyil. İndi kombi sistemlərindən daha çox plastik borulardan isitifadə olunur. Onlar lazım olan ölçülərdə asanlıqla kəsilir və xüsusi aparat vasitəsilə birləşdirilir. Sistemin müsbət tərəflərinə onun dözümlülüyünü, istifadəsinin rahatlığını və temperatur tənzimlənməsinin mümkünlüyünü aid etmək olar. Əgər ev sahibi uzun müddətlik evini tərk edirsə boş yerə qızdırıcı üçün pul ödəmək lazım deyil. Bunun üçün Kombini sadəcə söndürmək lazımdır. Kombi qızdırıcı sistemin elementləri; qızdırıcı avadanlıq, qaz və su borusu, həmçinin radiator.

Qazanxana — suyu qızdıraraq doymuş buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirmək və bununla da mənzil və digər obyektləri qızdırmaq üçün nəzərdə tutulmuş qurğular sistemidir. Qazanxanalarda kimyəvi enerji istilik enerjisinə çevrilir. Bu zaman həmin enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür. Borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır. Böyük ve geniş tikililərdə müstəqil qazanxana quraşdırmaq daha məqsədəuyğundur. Qazanxana isitmə sistemlərinin beyni vəzifəsini daşıyır. Qazan və digər avadanlıqları özündə saxlayır. Buna görə də, qazanxana binanın ehtiyacına cavab verəcək şəkildə olmalıdır.

Bir binada qazanxananın əlverişli olması üçün aşağıdakı xüsusiyyətləri olmalıdır:

  • Aydın olmalıdır.
  • Kifayət qədər havalandırması olmalıdır.
  • Bacaya yaxın olmalıdır.
  • Uyğun şərtlərdə kifayət qədər yanacaq saxlaya bilməlidir.
  • Qazan və digər avadanlıqlar üçün kifayət qədər yer olmalıdır.
  • Bina içi və çölündən asan daxil oluna bilməlidir.

ISTEC şirkəti qazanxana sistemlərinin quraşdırılması üzrə uzun illərdir fəaliyyət göstərir və geniş təcrübəyə malikdir.

(+994 50) 228-16-06

(+994 12) 310-83-88

info@istekgroup.az